Amerika alimləri yuxu zamanı yaddaşın yenidən aktivləşdirilməsi imkanına dair dəlilləri sınaqdan keçirmək qərarına gəliblər. Onlar tədqiqat iştirakçılarına fortepianoda iki musiqini ifa etməyi öyrədiblər. Sonra saat yarımlıq yuxu müddətində iştirakçılar üçün bu musiqilərdən birini ifa ediblər.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan bildiriblər ki, "Computerworld" jurnalının məlumatına görə, həmin musiqi yuxunun yavaş fazası zamanı zəif tonlarda yenidən canlandırılıb. Sınaq iştirakçılarını oyadaraq onlardan iki yaxşı öyrəndikləri musiqini ifa etməyi xahiş etdikdə, iştirakçılar yuxuda olarkən eşitdikləri musiqini ifa etdikləri zaman daha az səhvə yol veriblər.
Beləliklə, yuxuda xarici dil öyrənməyin mümkünlüyü haqqında əfsanələrin həqiqətə uyğun olduğu məlum olub. Tədqiqatçıların gəldiyi nəticələrə görə, bu üsulla yeni bilik əldə etmək yox, biliyi möhkəmləndirmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB