“Siyasətçi” 14 il hamam otağında qadınları güdürmüş..?

…Gərək ki, bu barədə bundan çox əvvəl film də çəkilib.

Amma bu filim-filan deyil, real həyatdır...

Beləliklə, Holdenin son qurbanı, 32 yaşlı tək ana Heidi Marney onun nəzarətə götürülməsinə kömək edib.

SİA-nın məlumatına görə, qadın vanna otağında gizli kamera aşkarlayıb.

Deməli, Britaniyada keçmiş siyasətçi gizli kameralardan istifadə edərək qadın kirayəçilərə 14 il casusluq edib.

“The Sun”un məlumatına görə, Qərbi Yorkşir ştatının Soverbi körpüsündən olan 51 yaşlı Robert Holden məhkəmə prosesinin mərkəzindədir.

Mənzilləri kirayəyə verən şəxs hamam və yataq otaqlarına gizli videokameralar quraşdıraraq, qadınları izləyirmiş.

Deyilənlərə görə, kompüter mağazasına sahib olan Holden, həm də yerli Mühafizəkarlar Şurasının üzvü imiş.

Kişi şəxsi həyatında problem yaşayan və ya pulsuz qalan həssas qadınlara cüzi bir ödəniş qarşılığında mənzillər kirayəyə verib. Holdenin siyasi fəaliyyəti ona qurbanlarının etimadını asanlıqla qazanmağa imkan verib.

Keçmiş siyasətçidən müsadirə edilən cihazlarda qadınların tualetdən istifadə etməsi, duş qəbulu və partnyorları ilə cinsi əlaqəyə girməsinin görüntüləri olub.

…Holdenin son qurbanı, 32 yaşlı tək ana Heidi Marney onun nəzarətə götürülməsinə kömək edib.

Belə ki, qadın vanna otağında gizli kamera aşkarlayıb. Orada həyəcan sensorunun quraşdırılması ona qəribə gəlib. Cihazın qapağını açan Marni içərisində kamera və mikrofon tapıb.

Daha sonra o, polisə müraciət edib. İstintaq zamanı müəyyən edilib ki, Holden ona məxsus mağazanın müştərilərinin elektron cihazlarından şəxsi foto və videoları oğurlayıb.

2022-ci ildə ittiham olunduqdan sonra britaniyalı Cape Verdeyə (Afrikanın şimal-qərb sahilində yerləşir-A.B.) qaçıb, lakin tutularaq Böyük Britaniyaya qaytarılıb.

O, 2023-cü ildə günahını etiraf edib və keçən il 6 il həbs cəzasına məhkum edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə