Azərbaycan və Türkiyə arasında səhiyyə üzrə "Yol Xəritəsi" imzalanıb

Səhiyyə naziri Teymur Musayevlə türkiyəli həmkarı Fahrettin Koca “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi”ni imzalayıblar.

Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, "Yol Xəritəsi"nin gələcək əməkdaşlıq istiqamətində əhəmiyyətini vurğulayan qardaş ölkələrinin səhiyyə nazirləri imzalanan sənədin Türkiyə və Azərbaycan səhiyyə sektorunun inkişafı yolunda mühüm rol oynayacağını diqqətə çatdırıblar.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına iki günlük səfəri başlayıb. Səfər çərçivəsində Türkiyənin Səhiyyə Nazirliyində nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...