15 aprel - Beynəlxalq Laboratoriya Diaqnostikası Mütəxəssisi Günüdür

Bu gün Beynəlxalq Laboratoriya Diaqnostikası Mütəxəssisi Günüdür. Ən yüksəkixtisaslı həkim belə xəstənin vəziyyətini düzgün qiymətləndirmək üçün test nəticələrinə ehtiyac duyur, buna görə də çox vaxt bir insanın sağlamlığı, bəzən isə həyatı laboratoriya nəticələrindən asılı olur. SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyası müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün 24 saat rejimində bütün zəruri resurslara malikdir. Laboratoriyanın işinin müsbət tərəflərindən biri alınan analizlərin yüksək keyfiyyəti və sürətidir. Bunu 2021-ci ildə laboratoriyanın üçüncü dəfə aldığı ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət sertifikatı da təsdiq edir.

Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyasının rəisi Sevinc xanım Gülmalıyevanın rəhbərliyi altında burada çalışan peşəkar komanda - həkim-laborantlar: Təranə Qonaqova, Reyhan Əliyeva, Ülkər Məmmədova, Naibə Əliyeva, Nərmin Mehdiyeva, Səbinə İbrahimova, Gülşən Babayeva, Aynur Ştayeva, bioloqlar: Ceyranxanım Hacıyeva, Aysel Məmmədova, Aygün Məmmədova, felşer laborantlar: Şəfəq Tanrıverdiyeva, Nilufər Nəbizadə, Kəmalə Hümmətova, Günay Səlimova, Aynurə Cəbiyeva, Natavan Abbasova, Könül İskəndərova, tibb baclkarı Ülviyyə Məmmədova, Təhminə Həsənova Hospitala daxil olan və müalicə alan hər bir xəstənin analizlərinin götürülməsində və nəticələrinin araşdırılmasında yaxından iştirak edir, xəstələrin ilkin diaqnostikasında və sonrakı müalicəsinin müxtəlif dövrlərində diaqnostik müayinələr aparırlar.

COVİD-19 pandemiyası dövründə bu şöbənin fəaliyyəti bütövlükdə koronaviruslu xəstələrə xidmətə yönəlmişdi. Laboratoriyanın intensiv fəaliyyəti sayəsində COVİD-19 xəstələrinə düzgün diaqnozun qoyulmasında və onların sağalmasında şöbə əməkdaşlarının payı böyükdür. Gecə-gündüz bilmədən, gərgin iş rejimində çalışan bu həkim-laborantlar koronavirusa qalib gəlməyə xidmət ediblər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi başda olmaqla bütün kollektiv bu münasibətlə Tibbi Laboratoriyanın bütün həkim-laborantlarını peşə bayramları münasibətilə təbrik edir, onların çox vaxt görünməz, lakin çox vacib və məsul işlərində uğurlar diləyir, hər birinə möhkəm cansağlığı arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə