Türkiyə ilə Nigeriya arasında səhiyyə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca Nigeriyanın Səhiyyə naziri Osaqi Ehanire (Osagie Ehanire) ilə “Səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında” müqavilə imzaladıqlarını bildirib.
F.Koca sosial mediadan etdiyi paylaşmada Nigeriyanın Türkiyədəki Səfirliyi ilə Türkiyə Səhiyyə Nazirliyinin Beynəlxalq Xidmətləri arasında müalicə müqaviləsi imzalandığını söyləyərək razılaşmaların hər iki ölkə üçün faydalı olmasını arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB