"COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış"

11 fevral 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə ZOOM platforması üzərindən həyata keçiriləcək "COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış" mövzusunda Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 8 DTT balı qazanmışdır.

Konfrans proqrama uyğun olaraq xüsusilə mama-ginekoloq, anestezioloq-reanimatoloq, radioloq, psixiatr, infeksionist, neonatoloq, pediatr ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuşdur.

Hərkəs konfransda iştirak üçün dəvətlidir!

Konfransda iştirak ödənişsizdir.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/NF2KN6ThQGHeE6SL6

Proqramla tanış olmaq üçün link: https://customshospital.az/11-fevral-umumdunya-xeste-gunune-hesr-edilmis-covid-19-pandemiyasi-zamani-mamaliq-ve-ginekoloji-problemler-muasir-baxis-movzusunda-beynelxalq-elmi-konfrans/

Bütün xəbərlər Facebook səhifəmizdə