Koronavirus kişilərdə impotensiya yaradır?

Amerikalı alimlərdən şok xəbər
Koronavirusa qarşı peyvənddən imtina kişilərin səhhətində ciddi problemlərə səbəb ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “American Journal of Epidemiology” nəşri məlumat yayıb.

Elmi jurnalda dərc edilən məqalədə bildirilib ki, SARS-CoV-2 koronavirusu vaksinasiyadan keçməyən kişilərdə potensiyanın qısamüddətli azalmasına səbəb ola bilər. Lakin peyvənd olunmuş şəxslərdə belə hallar müşahidə edilmir.

Bundan əlavə, mütəxəssislər peyvəndin ana olmağı planlaşdıran qadınlara heç bir mənfi təsir göstərmədiyini qeyd ediblər.

Onlar vaksinin deyil, yalnız koronavirusun sağlamlıq üçün təhlükə yaratdığını vurğulayıblar.

Qeyd edək ki, son dövrlərdə cütlüklər arasında sonsuzluq problemi artıb. Tibb işçiləri yeni qurulan hər 3 ailədən 1-nin müvəqqəti sonsuzluq problemi ilə qarşılaşdığını qeyd edirlər. Bu səbəbdən də, xəstəxanaların ginekologiya şöbələri övlad sahibi olmaq üçün müalicə kursu alan gənclərlə doludur.

Mütəxəssislər bunu son iki ildə dünyanı cənginə almış koronavirus pandemiyası ilə əlaqələndirirlər. Lakin koronavirus əleyhinə peyvəndlərin də sonsuzluq yaratdığına dair inam mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB