Bir çox bitki çayları insanlara çox yaxşı bir şəkildə təsir göstərir. Eyni zamanda gərginliyi, yuxusuzluğu və yorğunluğu aradan qaldıraraq, həzm problemləri də daxil olmaqla öd kisəsi, qaraciyər və sinir sistemi xəstəliklərinin müalicəsində istifadə olunur. Narahatlığı azaldır, yuxuya getmə prosesini sürətləndirir, yuxu vaxtını və keyfiyyətini artırır. Stress və yorğunluqdan əziyyət çəkənlər dərmansız müalicədə istifadə edir, təzyiqi aşağı salır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu bitki çayları tərkibindəki hiperisin adlı maddə sayəsində xoşbəxtlik hormonunun ifraz olunmasına kömək edir və depressiyaya düşən insanları rahatlaşdırır. Bəs bu möcüzəvi bitki çayları hansılardır? Melisa çayı, çobanyastığı, lavanda, pişikotu, sarı kantaron və s. məhz bu bitki çayları özünə məxsus spesfik xüsusiyyətə malıkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB