Peyvəndə qarşı çıxan həkimlər cəza aldılar

Belçika Təbiblər Birliyi qərar verib...
Peyvəndə qarşı çıxan həkimlər cəza aldılar

Belçikada yeni tip koronavirus (Covid-19) peyvəndinə qarşı çıxışlar edən 15 həkimə 1 aydan 2 ilə qədər vəzifələrindən məhrumolma cəzası verildi.

SİA xəbər verir ki, Belçika Təbiblər Birliyi 2021-ci ildə xəstələrdən və digər həkimlərdən gələn şikayətlərə əsasən, peyvənd əleyhdarı 15 həkimi vəzifəsindən kənarlaşdırma qərarı verdi. Birlik bu həkimlərin 1 aydan 2 ilə qədər dəyişən müddətlərdə vəzifələrindən məhrum etdi, bəzilərinə isə qınama cəzası verdi.

Qərarda qeyd edilib ki, tibbi etik qaydalara riayət edilməli, peyvəndlər tövsiyə edilməli, bununçün həkimlər mühüm rol oynayaraq vəzifələrini yerinə yetirməli, elmə qarşı məlumatların yayılmasına qarşı çıxmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə