Hələ bir müddət bundan əvvəl İsrailin Baş naziri Naftali Bennett səhiyyə şurasının tövsiyəsi çərçivəsində, yaşı 60-dan yuxarı olan vətəndaşlara və tibb işçilərinə yeni növ koronavirusla mübarizədə 4-cü doza peyvəndi tətbiq etməyi tövsiyə etmişdi.
Bu gün isə İsrail Səhiyyə Nazirliyinin baş direktoru Nahman Aş zəif immunitetli insanların dördüncü doza vaksin alması ilə bağlı irəli sürülən rəyi təsdiqləyib.
SİA xəbər verir ki, qərara baxmayaraq, 60 yaşlı yuxarı insanların və tibb işçilərinin IV doza vaksin alması nəzərdə tutulmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB