Ümumi təcrübə həkimi, terapevt Larisa Alekseyeva qışda qaynar içkilərin ehtiyatla içilməli olduğunu qeyd edib. Bu barədə Rusiya beynəlxalq çoxdilli informasiya telekanalları şəbəkəsi "RT"xəbər verib.

SİA xəbər verir ki, həkimin sözlərinə görə, çox qaynar içki dilə, selikli ağız boşluğuna və qida borusuna zərər verə bilər.

"Çox qaynar maye mədə-bağırsaq traktının müxtəlif xəstəliklərinə səbəb ola bilər ki, bu da onkoloji, eroziya, qastrit və xora kimi xəstəliklərin yaranmasına gətirib çixarır", - deyə Alekseyeva vurğulayıb.

Terapevt əlavə edib ki, isti içkilərin optimal temperaturu təxminən 60° C olmalıdır.

Öz növbəsində stomatoloq-ortodont Mariya Balakireva əvvəlcə soyuq ardınca da isti suyun və ya əksinə içilməsinin məsləhət olmadığını bildirib. Bu, diş minasının zədələnməsinə səbəb ola bilər.

Bundan əlavə, nadir hallarda, qaynar içkilər ağız boşluğunda qıcıqlanma olduqda stomatitin yaranmasına gətirib çıxara bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə