Azərbaycanda koronavirusla mübarizədə hansı YENİLİKLƏR VAR? - HƏKİM AYDINLIQ GƏTİRDİ

“Qoşulmama Hərəkatının üzvü olan ölkələrin arasında koronavirusa qarşı aparılan mübarizənin təbliği ölkə rəhbərinin həm onlayn görüşləri, həm də ikitərəfli görüşlər formatında aparılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, həkim Müşfiq Məmmədli deyib.

“Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri tərəfindən Azərbaycanın qlobal məkanda koronavirusa qarşı apardığı mübarizə müsbət qiymətləndirilmişdir. Həmçinin də Qoşulmama Hərəkatının üzvü olan ölkələrə edilən yardımlar, BMT səviyyəsində atılmış addımlar və Ümumdünya Səhiyyə Təşkilatından 10 milyon dollar həcmində vaksinasiya prosesinin həyata keçirilməsi üçün vəsaitin ayrılması bu təbliğatın elementlərindən biridir. Bundan başqa Azərbaycanın koronavirusla mübarizədə qazandığı uğurlar digər dünya ölkələri tərəfindən də öyrənilir. Həmçinin bunun daxili amili vardır, daxili amili isə bizim gördüyümüz işləri doğru və düzgün təbliğ etməyimizdir. Koronavirusa qarşı mübarizə həm səhiyyə ictimaiyyəti tərəfindən, həm də siyasi xadimlər tərəfindən davamlı şəkildə təbliğ olunur”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə