Buster dozada eyni və ya fərqli vaksin vurula bilər - Səhiyyə Nazirliyi
Buster dozada eyni və ya fərqli vaksinin vurulmasının heç bir problemi yoxdur.
SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19" mövzusunda çıxışında deyib.
O bildirib ki, respublikamızda çox insan var ki, hər üç dozanı eyni vaksindən alıb, amma bir hissəsi də fərqli vaksin qəbul edib.
"Bunun heç bir fərqi yoxdur və effektivliyi də bir-birindən fərqlənmədiyi üçün tövsiyə olunur. Yan təsirlərin tezliyi də fərqli deyil" - deyə, o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB