Venesuelalıların 74 faizi peyvənd olunub

Venesuelalıların 74 faizi peyvənd olunub

Venesuela prezidenti Nikolas Maduro əhalinin 74 faizinin yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı peyvənd olunduğunu bildirib. SİA xarici mətbuata istinadən bildirir ki, dövlət televiziyası VTV-yə açıqlama verən Venesuela lideri Maduro ilin sonuna qədər əhalinin 90 faizini peyvənd etməyi hədəflədiklərini ifadə edərək, "Əhalinin yüzdə 74-nə peyvənd etdik, yüzdə 80-ə doğru gedirik. Ölkə əhalisinin 95 faizi üçün kifayət qədər doza var” ifadəsini işlədib.

Qeyd edək ki, Venesuelada covid-19 səbəbi ilə indiyədək 5 min 26 nəfər ölüb, 419 min 745 nəfərə yoluxub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə