Yeni müalicə ilə qırtlaq xərçəngi şişləri yox olur

İngiltərənin paytaxtı Londonda yerləşən Xərçəng Araşdırma İnstitutu (ICR) və "Royal Marsden" tədqiqatçıları cığır açan yeni bir araşdırmaya imza atıblar. SİA bu barədə xarici mətbuata istinad edir.

İmmunoterapiya dərmanlarından ibarət bir kokteyl xəstələrin öz xərçəng hüceyrələrini öldürmək üçün immun sistemlərindən istifadə edib və müsbət nəticə verib.

Elm adamları nivolumab və ipilimumabın dərmanlarının kombinasiyasının qırtlaq xərçəngi xəstələrində şiş ölçüsünün azalmasına səbəb olduğunu kəşf ediblər.

Həkimlər bu kombinasiyanı tətbiq etdikdən sonra bir çox xəstədə heç bir xəstəlik əlaməti tapmadıqları vaxt heyrətə gəliblər.

Dörd il əvvəl öləcəyi gözlənilən 77 yaşlı bir xəstədə şiş tamamilə yox olub.

Mütəxəssislər iki immunoterapiya dərmanının birləşməsinin müxtəlif inkişaf etmiş xərçəng növlərinə qarşı təsirli yeni bir silah olduğunu düşünürlər.

Dərman birləşməsinin digər sınaqlarının nəticələri əvvəllər ölümcül böyrək, dəri və bağırsaq xərçəngi olan xəstələr üçün də eyni faydaları göstərmişdi.

Mütəxəssislər ölmək təhlükəsilə qarşı-qarşıya olan min xəstədə 3-cü mərhələnin sınaq nəticələrinin erkən, lakin əhəmiyyətli olduğunu, bir çox xəstənin daha uzun yaşamadığını bildirib.

İngiltərədə hər il təxminən 12 min insana baş və boğaz xərçəngi diaqnozu qoyulur.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...