Qızılca və suçiçəyi qeydə alınmayıb - RƏSMİ AÇIQLAMA

Qızılca və suçiçəyi qeydə alınmayıb - RƏSMİ AÇIQLAMA

Son iki ildə Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb. Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, suçiçəyi xəstəliyi isə bir neçə müəssisədə (12 ümumtəhsil məktəbdə və 1 uşaq bağçasında) bir-iki hadisə olmaqla müşahidə edilib: "Xəstəliyin xüsusi pandemiya şəraitində ağırlaşmaması üçün uşaq müəssisələrində uşaqların səhər qəbulu zamanı tibbi baxışların aparılması, sanitariya gigiyena qaydalarının və əks-epidemik rejimin gözlənilməsi vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə