Koronavirus damar xəstəliyidir?

Kaliforniya Universitetinin San Dieqodakı mütəxəssisləri COVID-19-un bir damar xəstəliyi olaraq qəbul edilməsinə çağırırlar.

Onların iddiasına örə, ümumi soyuqdəymə və ya qrip kimi viral tənəffüs xəstəlikləri qrupuna infeksiyanın daxil edilməsi əsassızdır.
Tədqiqatçıların fikrincə, ilk növbədə koronavirus qan dövranını pozur - xüsusən də arteriya sistemi əziyyət çəkir.

Qeyd olunur ki, koronavirus "sünbülü" ("tacını" əmələ gətirən protein) hüceyrə mitokondriyasına zərər verir. Sonra endotel və damar divarları zədələnir.

Amerikalı mütəxəssislərə görə, yoluxmuş şəxslərdə tənəffüs problemlərinin inkişafı ağciyərlərdə damar toxumasının iltihabı ilə "qabaqlanır". Beləliklə, onlar, covid xəstələrində vuruşların və digər qan dövranı problemlərinin tezliyinin izah edilə biləcəyini vurğulayırlar.

Xatırladaq ki, daha əvvəl, bir qrup amerikalı alim, COVID-19-dan ölüm səbəbinin koronavirusun ağciyərlərdə yığılması olduğunu, eyni zamanda, infeksiya və ya otoimmun reaksiya olmadığını deyirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə