Hindistan cəvizi yağı haqqında bilinməyənlər DİEOTOLOQ AÇIQLADI

Mütəxəssis dietoloq Eda Balcı son zamanlarda arıqlama və ürək-damar xəstəliklərinin müalicəsi üçün hindistan cəvizi yağının tövsiyə olunduğunu, lakin düzgün tətbiq olunmadığını bildirib. SİA xəbər verir ki, Eda Balcı Hindistan cəvizi yağı haqqında məlumat verib: “Hindistan cəvizi yağı otaq temperaturunda qatı bir yağdır. Tərkibindəki orta zəncirli yağ turşuları olması digər doymuş yağlardan fərqləndirən xüsusiyyətidir. Bazarda iki müxtəlif növ duru Hindistan cəvizi yağı və ticarət məqsədilə satılan Hindistan cəvizi yağı mövcuddur. Ancaq çoxumuzun istifadə etdiyimiz ticarət məqsədilə satılan yağdır ki, bu yağ da insan sağlamlığına zərərlidir. Hindistan cəvizi yağının son zamanlarda həm kosmetik məhsullarda, həm də günlük həyatda istifadəsi populyarlaşıb.

Dietoloq vurğulayıb ki, zeytun yağı və günəbaxan yağı kimi doymamış yağlar yağ seçimində tövsiyə olunur, kərə yağı, marqarin, kakao yağı və Hindistan cəvizi kimi doymuş yağlar məsləhət görülmür. Çox miqdarda doymuş yağlar pis xolesterol olaraq tanıdığımız LDL xolesterolunu artıra bilər və uzun müddətdə ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə