Əvvəllər yağlı yeməkləri çəki və sağlamlıq problemləri üçün əsas günahkar sayırdılar. Amma sən demə, əslində, bu, elə də sadə məsələlərdən deyilmiş.
SİA xarici mətbuata istinad edir.
Bu gün çoxları, adətən, yemək üçün nəsə alanda daha çox onun yağlı olub, olmamasına fikir verir. Bir çox insan hələ də ehtiyatla davranır, çünki yağların insan sağlamlığının əsas düşməni olduğuna dair fikir mövcuddur. Qeyd edək ki, bu fikir insanlarda çoxdan formalaşıb. Belə ki, ötən əsrin əvvəllərindən başlayaraq, heyvan yağlarının insan sağlamlığına, xüsusən də ürək-damar xəstəliklərinin inkişafına mənfi təsirini bəyan edən mütəxəssislər buna alternativ variantlar axtardılar. Bu, daha az zərərli kimi qəbul edilən bitki yağları ilə əvəz olundu.
Ancaq etiraf edilməlidir ki, bu sağlam yanaşma qısa müddətdə çoxsaylı yan təsirlər də göstərdi.
Kərə yağı və piydən fərqli olaraq, zeytun və günəbaxan kimi yağlar otaq temperaturunda mayedir. Buna görə istehsal prosesində çətinliklər yaranır. Bu yağlar şokolad rulonları, tortlar və şəkərli un məmulatları kimi qidalara əlavə edildikdə, orqanoleptik xüsusiyyətləri pozulur.
Bu gün yağ alan hər biriniz aldığınız yağın tərkibində nə qədər trans yağ olduğunu tapa bilməyəcəyik, çünki bu məlumatlar etiketdə göstərilmir. Əslində, dünənə qədər intehsalçı da bundan məlumatsız idi. Beləliklə, bu problemi həll etmək və bitki yağlarından istifadəni tərk etməmək üçün “hidrogenləşmə” adlı kimyəvi reaksiya tətbiq etməyə başladılar. Bu proses, hidrojeni quruluşunu dəyişdirmək üçün yağ turşularına bağlamaqdan ibarətdir. Nəticədə, adətən otaq temperaturunda maye olan doymamış yağlar daha doymuş olur və bu səbəbdən ərimirlər.
Bunlar hidrogenləşdirilmiş yağlardır. Trans yağ turşularının əmələ gəlməsinə səbəb ola bilən yağlar. Uzun illər sağlamlığın əsas düşməni hesab olunan yağlardır ki, belə düşünməyə əsasımız da var. Bu gün bunların istifadəsinin ürək-damar xəstəliklərinin inkişaf riskini artırdığını dəqiq bilirik.
Maraqlıdır ki, bu gün bitki yağları ilə bağlı fikirlər də haçalanmaqdadır. Məsələn, hazırda palma yağı istehlak edilməməsi tövsiyə edilməsə də, ancaq bu, onun zəhərli olub-olmaması anlamına da gəlmir. Digər tərəfdən, qısa müddətdə palma yağı yeməyin sağlamlığa mənfi təsirlərindən bəhs edən bir neçə rəylər meydana çıxıb. Məsələ bundadır ki, bu yağın tərkibindəki palmitik turşu təqribən 43 faiz səviyyəsində göstərilir. Ona görə də bu gün sağlam zeytun yağının olduğunu nəzərə alaraq palma yağı istehlak etməyi məsləhət görmürlər. Ancaq bəzi media bu barədə yazsa da, bu palma yağının zəhərli olduğu anlamına gəlmir.
Bu gün bir çoxunun inandığı kimi palma yağının insan orqanizminə həqiqətən bu qədər mənfi təsir edib-etməməsi çox aydın deyil. Əlbəttə ki, palma yağının özünə və xüsusiyyətlərinə deyil, ondan hazırlanan biskvit məhsullarının tərkibinə diqqət yetirməliyik.
Lakin buna baxmayaqaq, bu gün Avropanın bəzi ölkələri palma yağından imtina etməyə başlayıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB