Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib ki, Avropa İttifaqı tədricən sülh layihəsindən iğtişaş, düşmənçilik və qarşıdurma layihəsinə çevrilir və buna görə utanmalıdır.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl Gürcüstanın "İmedi" televiziya kanalı Gürcüstanın müxalifət partiyalarının ölkədə yeni iğtişaşlar planlaşdırdığını bildirmişdi. Bu dəfə müxalifət üçün inqilabi ssenarini Praqa Vətəndaş Cəmiyyəti Mərkəzinin liderlərindən biri İqor Blazeviç təsvir edir.
"Bütün bu cür iğtişaşlar Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və təşkil olunur. Bu, sivilizasiya uçurumudur. Avropa İttifaqının sülh layihəsindən iğtişaş, düşmənçilik və qarşıdurma layihəsinə tədricən çevrilməsindən daha utancverici nə ola bilər? Bu xəbərin dərc olunması Avropa İttifaqı üçün daha bir utancverici haldır", - Papuaşvili bildirib.
Gürcü siyasətçinin sözlərinə görə, o, Çexiya təşkilatının iştirakı ilə Gürcüstanda planlaşdırılan iğtişaşlar haqqında məlumatları hərtərəfli araşdıracaq. Papuaşvilinin qeyd etdiyi kimi, bu cür fəaliyyətlər əvvəllər əvvəlki ABŞ administrasiyası tərəfindən maliyyələşdirilirdi, lakin Donald Tramp və komandası hakimiyyətə gəldikdən sonra ABŞ bir sıra təşkilatları bağladı və maliyyələşdirməni dayandırdı. İndi bütün bunlarla Brüssel məşğul olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB