Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələrə üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, qrupun üzvləri Kamal Cəfərov, Gülşən Paşayeva və Nigar Arpadarai aprelin 19-da Almaniyanın Berlin şəhərinə səfər edəcəklər.
SİA xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi malumat verib.
Məlumata görə, Almaniya Bundestaqının Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə parlament dostluq qrupunun rəhbəri Mirze Edisin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində deputatlar Almaniya Bundestaqında olacaqlar, burada görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycan ilə Almaniya arasında parlamentlərarası əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər aprelin 23-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB