Ölkəmizdə istifadə edilən vaksin COVİD-19-un yeni ştammı üçün də təsirlidir - Ramin Bayramlı

COVİD-19-un mutasiya olunmuş ştammı hələ ölkəmizdə aşkarlanmayıb, amma aşkarlanacağı təqdirdə əlavə tədbir görüləcək.

SİA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Xəzər” kanalına müsahibəsində deyib.

R.Bayramlı əlavə edib ki, ölkəyə gələn bütün şəxslərin COVİD-19 testindən keçməsi mutasiya olunmuş ştammların ölkəyə keçməsinin qarşısını əhəmiyyətli dərəcədə alır.

Onun sözlərinə görə, hazırda ölkəmizdə istifadə edilən vaksin COVİD-19-un yeni ştammı üçün də təsirlidir:

“Əksər vaksin istehsalçıları vaksin vurulduqdan sonra analiz edib baxıblar ki, vaksinlər bu virus üçün tam təsirlidir”.
R.Bayramlı qeyd edib ki, hazırda digər vaksin istehsalçıları ilə də danışıqlar aparılır. Ehtiyac olarsa, digər növ vaksinlərin də ölkəyə gətirilməsi mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...