Tibbi maskaların dezinfeksiya METODLARI MÜTƏXƏSSİS RƏYİ

"Qoruyucu tibbi maskalar istifadədən sonra insanlar üçün təhlükə mənbəyi hesab edilir və yenidən dezinfeksiya tələb edir". SİA-nın xəbərinə görə, bunu kimya elmləri namizədi Georgi Frolov açıqlayıb.

O bildirib ki, tibbi maskaların yuyulmasının bir neçə yolu var.

Onun sözləırinə görə, aerozol vasitəsi olmadığı təqdirdə birdəfəlik maskalar üçün hidrogen peroksid ilə sulu sabun həlli düzəldərək 5 dəqiqə müddətində islatma üsulu ilə yumaq mümkündür: " Bu həlli hazırlamaq üçün məişət və ya antibakterial sabundan istifadə emək, 3%-lik hidrogen peroksiddən istifadə etməlisiniz. Sabunlu həlldən sonra maska su ilə yuyulması və təbii şəkildə qurudulmalıdır".

Mütəxəssisin fikrincə, qoruyucu maskanın dezinfeksiya etməyin digər üsulu onun daxili və xarici səthlərini aerozol və ya antiseptiklərlə təmizlədikdən sonra onu yumaqdır: "Üçüncü usul isə xarici və daxili səthləri nanohissəcikləri olan xüsusi spirtli aerosol ilə təmizlənməsidir. Belə olan halda, maska ​​səthində uzun müddətli antiviral effekt əldə edilir".

Alim izah edib ki, qoruyucu maskadan istifadə zamanı əsas təhlükə onun üst səthinin bədənin açıq yerləri ilə olan təmasıdır: "Bu əlaqə təsadüfi ola biləcəyi üçün, maskanın toxunduğu nöqtələr dezinfeksiya edilməlidir. Dərini antibakterial salfetlər ilə və ya səthi aktiv maddələrdən ibarət olan sulu bir həll ilə yuyun".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə