Sizdə bu simptomlar varsa... Koronavirus xəbərdarlığı!

ABŞ hazırda koronavirusla bağlı simptomların siyahısını üçdən doqquzadək artırıb, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da siyahıya 13 yeni simptom əlavə edib. SİA Ümümdünya Səhiyyə Təşkilatının saytında yer alan simptomları təqdim edir:

Ən çox müşahidə edilən əlamətlər – qızdırma, quru öskürək, halsızlıqdır.

Nisbətən daha az müşahidə edilən simptomlara- ağrı və sancı, boğaz ağrısı, ishal, baş ağrısı, dad və ya qoxu itkisi, dəri qaşınması, barmaqların və ya ayaq barmaqlarının rəngsizləşməsi daxildir.

ÜST-ə görə, COVİD-19-la bağlı ən ciddi simptomlar - nəfəs almaqda çətinlik və ya nəfəs darlığı, sinə ağrısı, danışıq və ya hərəkət itkisidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə