"Tibbi maskaların istifadəsi koronavirusun yayılma sürətini azalda bilər" MÜTƏXƏSSİS FİKRİ

Tibbi maskaların istifadəsi koronavirusun yayılma sürətini azalda bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, belə bir nəticəyə, beynəlxalq alimlər qrupu gəlib.

Alimlərin laboratoriya şəraitində apardıqları tədqiqat nəticəsində tibbi maskalardan istifadə nəticəsində koronavirusa yoluxan xəstələrin yaydığı müxtəlif virusların hissəciklərin sayı əhəmiyyətli dərəcədə azalıb. Onların sayı insanın tənəffüsünü simulyasiya edən və hava nümunələrini analiz edən xüsusi bir cihaz tərəfindən qeydə alınıb.

Təcrübədə 246 könüllü, tənəffüs virusu infeksiyası şübhəli şəxs iştirak edib. Honq Konq Universitetinin mütəxəssisləri qeyd ediblər ki, 111 xəstə tibbi maskadan istifadə etdiyi üçün hava damcısında olan müxtəlif virusların hissəciklərinin sayı xeyli azalıb.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı koronavirusu dünyada pandemiya elan edib. Təşkilat tərəfindən açıqlanan rəqəmlərə əsasən. dünyada 1.2 milyondan çox insan COVİD-19 virusuna yoluxub. 67 min insan isə dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə