Koronavirusa qarşı dərman 7 ölkədə sınanacaq

"Sanofi" və "Regeneron Pharmaceuticals" dərman şirkətlərindən koronavirusla bağlı açıqlama gəlib. SİA "Reuters" xəbər agentliyinə istinadən xəbər verir ki, iki şirkət "Kevzara" adlı dərmanın 7 ölkədə sınanacağı ilə bağlı məlumat yayıb.

Dünyada 700 min civarında insanı ağuşuna alan koronavirusa qarşı dərmanın sınaqları ABŞ, İtaliya, İspaniya, Almaniya, Fransa, Kanada və Rusiyada keçiriləcək. Şirkətlər təcrübələrin 300 nəfər üzərində aparılacağını bildiriblər. Bundan başqa, dərmanın xüsusilə durumu ağır və kritik xəstələr üzərində sınanacağı vurğulanıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə