Çindən gələn 6 nəfər yoluxucu xəstəliklər şöbəsində olub Səhiyyə Nazirliyi

Çindən gələn 6 nəfər yoluxucu xəstəliklər şöbəsində olub Səhiyyə Nazirliyi

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevral ayının 6-sı üçün yoluxucu xəstəliklər şöbəsində 6 nəfər qalıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə