Son 1 ayda 6 nəfər “donuz qrip”indən həlak olub

Son 1 ayda 6 nəfər “donuz qrip”indən həlak olub

Son bir ay müddətində Gürcüstanda 6 nəfər “donuz qrip”indən vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Gamkrelidze açıqlayıb.

“Hazırda ölkədə laboratoriyada qrip virusu ilə bağlı 144 hadisə qeydə alınıb, altı nəfər isə vəfat edib“, - deyə Gamkrelidze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ölkədə xəstəliklə bağlı artım orta səviyyədədir, lakin 2018-ci ilin əvvəli ilə müqayisədə daha çox ağırlaşmalar var: “100 min əhali arasında 227 adamda qrip virusu təyin olunur ki, bu da normaya daxildir. Hazırda biz epidemiyanın pikindən uzağıq. Epidemioloji sərhəd 500 nəfərdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə