Balıq yağı qeyri-sağlam qidanın təsirini azaldır

Balıq yağı qeyri-sağlam qidanın təsirini azaldır

Liverpul Universitetinin xroniki xəstəliklər üzrə alimlər komandası bir sıra tədqiqatlar apararaq müəyyən ediblər ki, omeqa-3 yağ turşuları nəinki çəkinin azalmasına kömək göstərir, həmçinin beyin hüceyrələrini qoruyur. Doymamış omeqa-3 yağ turşuları, yaxud balıq yağı beyni zərərli qidanın mənfi təsirindən qoruyur.

Tədqiqatlar göstərir ki, yağla zəngin qida yeni sinir hüceyrələrinin əmələ gəlməsi prosesini pozur. Böyüklərdə neyrogenez beynin plastikliyi mexanizmlərindən biridir. omeqa-3 turşuları ilə zəngin pəhriz beyin sahəsini stimullaşdırır, beləliklə, yaddaşı və təhsili yaxşılaşdırır.

Tədqiqatın əsas müəllifi doktor Lüsi Pikevens demişdir: “Doymuş yağlardan həddindən artıq istifadə çəkinin artmasına və zehni fəaliyyətin pozulmasına gətirib çıxarır. Balıq yağı neyrogenezə cüzi təsir göstərir, lakin şəkərin və yağın qida qəbuluna nəzarət sisteminə mane olmasına imkan vermir.

Omeqa-3 yağ turşularının cüzi qəbulu beyni dağılmaqdan qoruyur. Bu, yaşlı insanlar üçün xüsusi əhəmiyyət kəsb edir. Tərkibində bu elementlərin olduğu qida əlavələri yaşlılarda zehni zəifliyin qarşısını almaq üçün əla profilaktikadır.

Bütün xəbərlər Facebook səhifəmizdə