Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll üçün müxtəlif tədbirlər görürlər. Buna uyğun olaraq səhiyyə naziri Oqtay Şirəliyev 25.08.2017-ci il tarixində Göygöl Mərkəzi Rayon Xəstəxanasında Göygöl, Daşkəsən, Goranboy və Naftalan rayonlarından olan 12 vətəndaşı qəbul edib .
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB