“Heyvan dişləməsi zamanı dərhal iynə vurulmalıdır” HƏKİM MƏSLƏHƏTİ

“Heyvan dişləməsi zamanı dərhal iynə vurulmalıdır” HƏKİM MƏSLƏHƏTİ

"Sumqayıtda 5 yaşlı Mikayılzadə Zeynəb Elçin qızının valideynləri vaxtında müraciət edib, vaxtında müalicə tədbirləri görülüb və vaksinasiya həyata keçirilib. Lakin dişləmə çox təhlükəli yerlərdən - baş nahiyəsindən olduğundan vaksin təsir etməyib". Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib.

Şöbə müdirinin sözlərinə görə, dişləmələr üz, alın nahiyəsindən, əl və barmaqlardan olarsa, vaksin çox zaman təsir etmir, orqanizmdə vaxtında immunitet yaranmır: "Ötən gün qeydə alınan halda da uşaqda immunitet və hemoqlobin aşağı olduğuna görə xəstəlik ölümlə nəticələnib. Bu hal cari ildə qeydə alınan ilk haldır".

R. İsmayılova söyləyib ki, ümumiyyətlə, xəstəliyin inkubasiya dövrü 12 gündən başlayaraq 1 ilə qədərdir: "Lakin vaksinasiya getsə belə, ölüm halı baş verə bilər. Bu, dişləmə yerindən və insanın immunitetindən asılıdır".

Şöbə müdiri əlavə edib ki, heyvan dişləməsi zamanı dərhal iynə vurulmasının vacibliyi ilə bağlı insanları maarifləndirmək vacibdir: "Çünki, insanlar belə hallarla qarşılaşdıqda tez bir zamanda tibb müəssisələrinə müraciət edilərək vaxtında müalicə almalıdırlar. əks halda, ağır nəticələrin baş verməsi qaçılmazdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə