Bu qidalar insanda gümrahlıq yaradır!

Bu qidalar insanda gümrahlıq yaradır!

Bəzi qidalar insanların özünü gümrah hissetməsinə səbəb olur. Hollandiyanın Leiden Universitetinin elm adamları tədqiqtlar zamanı yumurtada olan "triptofan" maddəsinin faydalı olduğunu müəyyən ediblər.
Tədqiqatda iştirakçılar müxtəlif oyunlara da cəlb edilib. Oyun boyunca iştirakçılara tərkibində "triptofan" olan portağal suyu verilib. Nəticədə iştirakçıların bir çoxunda gümrahlıq və özünəgüvən hissləri müşahidə edilib. Tədqiqatı aparan elm adamları qırmızı ət məhsullarında, kəsmikdə, ispanaqda, hind toyuğunda, qabıqlı yemişdə, ton balığı kimi qidalarda triptofan olduğunu bildiriblər. Bundan əlavə onlar yeyilən qidalar ilə düşüncə arasında ortaq cəhətləri də müəyyən ediblər.
Məlumatlardan aydın olur ki, tərkibi "triptofan" olan qidalar insanlara gümrahlıqla bərabər güclü sağlamlıq da bəxş edir.

Bütün xəbərlər Facebook səhifəmizdə