Həkimlər, mədənin xora xəstəliyinin 6 əsas səbəbini açıqlayıblar.
Xora xəstəliyi: Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi - bütün orqanizmin xronik xəstəliyidir. Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora qüsurunun əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəlik tsiklik gedişli olub, müxtəlif müddətli kəskinləşmə (residivlə) və remissiyalarla keçir.
Xora xəstəliyi Geniş yayılmış xəstəliklərdəndir. Bu xəstəliyə kişilər qadınlara nisbətən 3-10 dəfə çox tutulur. Xora xəstəliyinin etiologiyasında ümumi sinir sistemi və hormonal tənzimedici mexanizmlərdəki pozğunluqlara, həmçinin mədənin özündə baş verən dəyişikliklərə (turşuluğun artması, selik ifrazının azalması) böyük əhəmiyyət verilir. Xora xəstəliyinə tutulanlarda mədə şirəsinin miqdarı və turşuluğu çoxalır, mədə şirəsini tənzimləyən azan sinirin tonusu artır. Xora xəstəliyi, irsi xüsusiyyətlərdən, qidalanma rejiminin pozulmasından, kəskin qidalar yedikdə, spirtli içkilər içdikdə, papiros çəkdikdə və sinir-psixi gərginlikdən baş verə bilər.
Xəstəlik çox vaxt yaz və payız fəsillərində kəskinləşir. Xəstəliyin gedişində bəzi ağırlaşmalara təsadüf edilə bilər: qanaxma, xoranın qonşu orqanlara penetrasiyası (keçməsi), xoranın sərbəst qarın boşluğuna perforasiyası (deşilməsi), mədə çıxacının daralması (stenoz), xoranın xərçəngkə çevrilməsi və s. Mədə və ya onikibarmağ bağırsağın xorasının perforasiyasında qarında şiddətli ağrı olur, xəstəni soyuq tər basır, rəngi avazıyır, qan təzyiqi aşağı düşür. Xora xəstəliyi, zamanı qanaxma olduqda nəçisin rəngi qaralır, qanqusma halları baş verə bilər. Bu zaman xəstə ümumi zəiflikdən, ətraflarının soyumasından şikayətlənir, nəbzi sürətlənir, qan təzyiqi aşağı düşür. Düzgün diaqnoz qoymaq üçün rentgen müayinəsindən və qastroskopiyadan istifadə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB