İtalyanlar açıqladı: Pendir sağalma prosesini sürətləndirir

İtalyanlar açıqladı: Pendir sağalma prosesini sürətləndirir

İtaliya mütəxəssislərinin fikrincə, kəskin respirator virus infeksiyasından və qripdən sonra həftədə ən azı 3 dəfə pendir yemək lazımdır.

Pendir bədəni yağlarla, amin turşuları və zülallarla zənginləşdirir. Zülallar gücün bərpasına kömək edir, amin turşuları maddələr mübadiləsini normallaşdırır, hüceyrələri bərpa edir. Pendir əhvalı yüksəldir, enerji verir.

Sağalma dövründə vitamin və bəsləyici maddələr qəbul etmək olduqca vacibdir. Müxtəlif növ pendirlərdə külli miqdarda A, E, B2, PP, C vitaminləri vardır. A vitamini yoluxucu xəstəliklərə qarşı mübarizə aparır. O, selikli qişaların maneə funksiyasını artırır, immuniteti möhkəmləndirir. Hüceyrələrin metabolizmində böyük əhəmiyyəti olan E vitamini hemoqlobinin sintezində iştirak edir, trombların əmələ gəlməsinin, dəridə yaraların sağalmasına kömək edir, hüceyrə tənəffüsündə iştirak edir, orqanizmin dözümlülüyünü artırır. B2 vitamini maddələr mübadiləsinə böyük təsir göstərir. Qidadan enerji almağa kömək edir. C vitamini immuniteti artırır, qara ciyərin fəaliyyətini tənzimləyir, digər vitaminlərin parçalanmasının qarşısını alır. Nikotin turşusu (PP vitamini) qan dövranını yaxşılaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə