Uşaqlarda çox rast gəlinən xəstəliklər və səbəbləri EHTİYATLI OLUN!
"İcbari dispanserizasiyaların aparılması üçün ilin əvvəlindən həkim briqadaları yaradılır. Briqadaların tərkibinə, nevropatoloq, göz həkimi, cərrah, burun-boğaz həkimi və stomatoloqlar daxil olur. Həmin mütəxəssislər bağçalara, məktəblərə gedərək uşaqları müayinədən keçirirlər". Bunu SİA-ya açıqlamasında 5 saylı şəhər poliklinikasının baş həkimi, Yasamal rayon üzrə icbari dispanserizasiya komissiyasının sədri Ədilə Seyidova deyib.
Baş həkimin sözlərinə görə, icbari dispanserizasiyaların keçirilməsində məqsəd uşaqlarda olan xəstəliklərin erkən dövrdə aşkarlanıb, onların sağlamlaşdırılmasıdır: "İcbari dispanserizasiyalar zamanı uşaqlarda ən çox müşahidə olunan xəstəlik mədə, həzm sistemi ilə bağlıdır. Həzm sistemi dedikdə, bura mədə bağırsaq deyil, karies dişlər daxildir. Bütün xəstəliklər ağız boşluğundan başladığı üçün bu heç də yaxşı hal deyil. Müayinədən keçən uşaqların hər birinin 4-5 dişində karies var. Yasamal rayonu ərazisində uşaqların sayı 56 mindən yuxarıdır. Onların 97 faizi icbari dispanserizasiyadan keçib. Onlardan yalnız 8 faizi, yəni 4350 nəfərdə xəstəlik aşkar olunub ki, bunun da 20 faizini kariesli dişlər təşkil edir".
Ə. Seyidova söyləyib ki, icbari dispanserizasiya zamanı valideynlərə uşaqlarında aşkarlanan xəstəlik haqqında məlumat kağızı verilir: "Müayinələr zamanı aşkar olunan xəstəliklərdən ikinci yerdə göz xəstəlikləri dayanır. Göz xəstəlikləri aşkar olunan uşaqların 10.8 faizində görmə qabiliyyəti zəifliyi aşkarlanır. Bu xəstəliyə səbəb isə uşaqların dərsdən sonra planşet, kompüterlərdən çox istifadə etməsidir"
Komissiya sədri qeyd edib ki, icbari dispanserizasiyalar zamanı uşaqlar təkcə briqadalar deyil həm də laborator müayinələrə də cəlb olunurlar: "Uşaqlar arasında aparılan müayinələr zamanı üçün yerdə duran xəstəlik anemiyadır. Bu xəstəlik zamanında aşkarlanmalıdır. Çünki belə uşaqlarda bədən müqaviməti az olur. Aşkarlanan xəstəliklərdə sonrakı yerləri sinir sistemi xəstəlikləri tutur ki, bunun da səbəbi uşaqların kompüter, planşet və ya telefonlar vasitəsilə müxtəlif oyunlar oynaması, eləcə də dərs proqramlarının çətin olmasıdır".
Baş həkim əlavə edib ki, uşaqlarda aşkar olunan, ən çox müayinə və müalicə tələb edilən xəstəlik sümük-əzələ sistemi xəstəlikləridir ki, bu da məktəb çantaları ilə əlaqədardır: "Müayinələrdən belə nəticəyə gəlmək olar ki, hər gün uşaqlar məktəbə 4-6 kiloqram yük daşıyırlar. İndiki uşaqların çoxunda onurğa, ən yüngül halda isə qamət əyriliyi var. Belə uşaqlar mütləq şəkildə müalicə-bədən tərbiyəsi müalicə üsuluna, üzgüçülüyə göndərilir. Belə xəstəliklə zamanında aşkarlanmadıqda gələcəkdə əlilliyə gətirib çıxara bilir. Bu baxımdan bütün valideynlər uşaqlarında aşkar olunan xəstəliyi vaxtında müalicə etməlidirlər".
Ə. Seyidova əlavə edib ki, hazırda uşaqların icbari dispanserizasiyası ilə bağlı təqvim planı hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB