Baş pediatr: "Bu gün uşaqlarda daha çox qurd xəstəliklərinə rast gəlinir"

Baş pediatr: "Bu gün uşaqlarda daha çox qurd xəstəliklərinə rast gəlinir"

Dünya statistikasına nəzər salsaq görərik ki, bu gün ən çox uşaqların hüquqları pozulur". SİA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev bu gün keçirilən mətbuat konfransında deyib. Bunun qarşısının alınması üçün Konvensiya mövcud olsa da, bəzən valideynlər uşaqların hüquqlarını pozaraq, onu peyvənddən yayındırırlar: "Bu, yolverilməzdir. Uşaq peyvənd olunmayanda həm özü xəstəliyə yoluxma, həm də ətrafı yoluxdurma riski ilə rastlaşır. Bu baxımdan ölkəmizdə icbari dispanserizasiyası ilə bağlı qanunda bu məsələ öz əksini tapıb. Belə ki hazırda peyvənddən imtina edən valideynlərdən arayış alınır".

N.Quliyev söyləyib ki, ölkədə bu istiqamətdə görülən işlərə baxmayaraq, uşaqların icbari dispanserizasiyasına cəlb edilməsində istənilən nəticə əldə olunmayıb: "2015-ci ildə ölkədə uşaqların 92 faizi icbari dispanserizasiyaya cəlb edilmişdisə, 2016-cı ildə bu rəqəm 90-91 faiz təşkil edib. Məqsədimiz bu göstəricini 95-98 faizə çatdırmaqdır".

Baş pediatr qeyd edib ki, icbari dispanserizasiya zamanı uşaqlarda ən çox qurd xəstəlikləri, körpələrdə isə anadangəlmə qüsurlar meydana çıxır: "Qurd xəstəliklərinin səbəbi məişət təmizliyi, gigiyena qaydalarına düzgün riayət edilməməsi ilə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə