“Süd dişinin vaxtından əvvəl çıxarılması diş və çənə quruluşun pozur”
Respublika Uşaq Stomatoloji Mərkəzində gün ərzində 130 uşaq müalicə və müayinə oluna bilir. SİA-nın məlumatına görə, bunu Respublika Uşaq Stomatoloji Mərkəzinin baş həkimi Azər Əliyev mətbuat konfransında deyib. O bildirib ki, mərkəz əsaslı təmirdən sonra ötən il iyulun 1-dən yenidən fəaliyyətə başlayıb. Həmin vaxtdan bu günə kimi mərkəzə 32 108 nəfər müraciət edib, onlardan 13 251 nəfəri müalicəyə cəlb edilib. A.Əliyevin sözlərinə görə, müraciətlər əsasən müalicə və cərrahiyyə ilə bağlı olub. O, mərkəzə bütün regionlardan müraciət olunduğunu deyib. Baş həkimin sözlərinə görə, bəzən valideynlərin övladlarının süd dişini vaxtında müalicə etməməsi sonradan bir çox problemlərə səbəb olur: "Süd dişinin vaxtından əvvəl çıxarılması diş və çənə quruluşunun pozulmasına və dişlərin əyilməsinə səbəb olur. Həmçinin, süd dişi vaxtından tez çəkildikdə, diş mayasını zədələyir, nəticədə dişin toxuması bərkiyir və onun yerinə gələn diş başqa yerdən və əyri çıxır".
A.Əliyev qeyd edib ki, məktəblərdə aparılan yoxlamalar zamanı şagirdlərdə əsasən kariyes boşluğu, selikli qişada isə somatitlər aşkarlanır: "Uşaqlar gün ərzində iki dəfə dişlərini fırçalamalıdır. Əsas da gecə yatmamışdan əvvəl dişlər təmizlənməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB