"Son 3 gün ərzində Bakıda hökm sürən qeyri-sabit hava şəraiti Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayına təsir etməyib". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
Güclü qar və yolların buz bağlaması nəticəsində yıxılaraq travma alanların sayını açıqlayan baş həkim bildirib ki, hazırkı saata qədər 46 nəfər travma ilə bağlı stansiyaya müraciət edib: "Onların 40 nəfəri xəstəxanaya yerləşdirilib. Qarlı hava şəraiti son 3 gündür davam etməsinə baxmayaraq, stansiyaya travma ilə bağlı müraciət edənlərin sayı ötən gündən artmağa başlayıb və bu gün də artmaqda davam edir. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 40 nəfərə əzilmə və ya sınıq şübhəsi diaqnozu qoyulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB