Sürücülərin nəzərinə! Təcili yardım maşınlarına kameralar yerləşdiriləcək
"Təcili yardım avtomobillərinin ön şüşəsi və salonuna kamera yerləşdiriləcək". SİA-nın xəbərinə görə, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, avtomobillərin ön şüşəsinə kameranın yerləşdirilməsində məqsəd qarşıdakı maşınların bəzən təcili yardım avtomobillərinə yol verməməsini aşkara çıxarmaqdır. Bu vasitə ilə qarşıdakı avtomobilə yol verməsi üçün bir neçə dəqiqə vaxt veriləcək əksə halda həmin avtomobilin nömrəsi haqqında mərkəzə məlumat veriləcək və gələcəkdə belə maşınlar haqqında lazımı tədbirlərin görülməsi nəzrdə tutulur. Salondakı kameranın məqsədi isə həkimin xəstəyə göstərdiyi yardımı qeydə almaqdır. Bununla da xəstənin yaxınlarının həkimə və orta tibb bacısına olan münasibətini qiymətləndirmək mümkün olacaq. Bəzi hallarda tibb avadanlıqlarını müəyyən ziyan verilir, həkimə və ya orta tibb bacısına təzyiqlər edilir. Bu tədbirlər həm həkim və tibb bacılarının təhlükəsizliyini təmin etmək, həm də avadanlıqların sıradan çıxmasının qarşısını almaq məqsədi daşıyır".
İ. Əliyeva qeyd edib ki, yuxarıda sadalananlarla bağlı təklif Səhiyyə Nazirliyinə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB