212 dərman vasitəsinin Azərbaycana idxalına qadağa qoyulub SƏS TV
Azərbaycan Respublikası Səhiyyə Nazirliyin "Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə il ərzində 27000-dən çox seriyada dərman vasitəsinin ölkəyə idxalı üçün müraciətlər olub. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, 23000-dən çox dərman vasitələrinin idxalı zamanı təqdim edilmiş sənəd və nümunələrdə heç bir uyğunsuzluq aşkar olunmayıb, 4000-ə yaxın dərman vasitəsinin idxalı zamanı müəyyən uyğunsuzluq müəyyən edilib: " 3000-dən çox dərman vasitələrinin uyğunsuzluqları istehsalçı və idxalçı şirkətlər tərəfindən aradan qaldırılıb. 212 dərman vasitəsinin idxalına qadağa qoyulub". Onun sözlərinə görə , dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən il ərzində 28000-ə yaxın dərman vasitəsinin analizi aparılıb: "Bunlardan 15000-dən çox dərman vasitəsi müsbət qiymətləndirilib, 5 adda dərman vasitəsinin keyfiyyət göstəriciləri dövlət qeydiyyatı zamanı təsdiqlənmiş normativ sənədlərə uyğun olmadığına görə idxala icazə verilməyib. Bu da öz növbəsində toplam olaraq 33534 ədəd qablaşdırma nəzərdə tutur. 1000-dən çox normativ sənəd hazırlanmış və təsdiq olunub. Həmçinin laboratoriyada saf su alınma sistemi quraşdırılıb". P.Əzizbəyov əlavə edib ki, şöbədə il ərzində 400-dən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb: "Mərkəzin fəaliyyətində ən mühüm hadisələrdən biri də 2016-cı ilin mart ayının 17-də "Bir pəncərə" xidmətinin fəaliyyətə başlaması olub. Bu xidmətin fəaliyyətə başlaması ilə dərman vasitələrinin idxalı, dövlət qeydiyyatı ilə bağlı sənədləşmə işləri, eləcə də vətəndaşlar və sahibkarlar tərəfindən edilən müraciətlərin qəbulu proseduru sadələşdirilib və daha şəffaf olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB