Böyrək gününə həsr olunmuş konfrans keçiriləcək SƏHİYYƏ NAZİRLİYİ

Böyrək gününə həsr olunmuş konfrans keçiriləcək SƏHİYYƏ NAZİRLİYİ

Hər il mart ayının ikinci həftəsinin dördüncü günü bütün dünyada "Ümumdünya Böyrək günü" kimi qeyd olunur. Dünya əhalisinin təxminən 10%-i xroniki böyrək xəstəliklərindən əziyyət çəkir və hər il milyonlarla insan bu xəstəliklərin fəsadlarından tələf olurlar. Ümumdünya böyrək gününün keçirilməsində də məqsəd məhz anadangəlmə və qazanılmış böyrək xəstəliklərinin profilaktikası və vaxtında düzgün müalicəsinə diqqəti artırmaq, həmçinin xroniki böyrək çatışmazlığına səbəb ola bilən digər xəstəliklərin (şəkərli diabet, arterial hipertenziya və s.) müalicəsi ilə məşğul olan mütəxəssislərlə birgə əməkdaşlığı daha da inkişaf etdirmək, əhali arasında maariflənmə və təbliğatı gücləndirməkdən ibarətdir. Bu məqsədlə hər il olduğu kimi, bu il də mart ayının 10-da Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasında böyrək günü ilə əlaqədar elmi-praktik konfrans keçiriləcəkdir. Konfransda son illərdə bu sahədə aparılmış işlərlə bağlı hesabat təqdim olunacaq, elmi məruzələr dinləniləcəkdir.

Konfransa Bakı şəhərinin və respublikanın bütün hemodializ şöbələrinin əməkdaşları, Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nefrologiya kafedrasının əməkdaşları, terapevtlər, nefroloqlar, transplantoloqlar, həmçinin bu sahə ilə maraqlanan bütün mütəxəssislər dəvətlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə