Bu gün Azərbaycan Respublikasında bir çox sahələrdə olduğu kimi səhiyyə sahəsində də xeyli inkişaf var. Bunu yeni açılan tibb müəssisələri, müasir tələblərə cavab verən, ən son texnologiyalar, avadanlıqlarla təchiz olunmuş müasir klinikalarda olarkən əyani görmək elə də çətin deyil. Sevindirici haldır ki, müasir tələblərə cavab verən tibb müəssisələri təkcə paytaxtımızda deyil, rayon və kəndlərimizdə də vətəndaşlarımızın istifadəsinə verilib. Belə tibb müəssisələrindən Zaqatala rayon mərkəzi xəstəxanasını və Diaqnostika Mərkəzini misal göstərmək olar.
Bu günlərdə Zaqatala rayon Mərkəzi Xəstəxanasında olarkən burada yaradılmış şəraitlə və xəstələrə göstərilən yüksək xidmətlə biz də tanış olduq. Zaqatala RMX-nın baş həkimi Leyla Seyidəliyeva ilə görüşüb söhbətləşdik. Baş həkim bir çox məsələlərə aydınlıq gətirərək rəhbərlik etdiyi tibb müəssisəsinin işindən bizə də geniş danışdı:

Səhiyyənin inkişafı respublikada həyata keçirilən sosial yönümlü siyasətin bariz nümunəsidir. Belə ki, son illər ərzində Azərbaycanda 586 səhiyyə müəssisəsi tikilib, təmir olunub, müasir avadanlıqlarla təchiz edilib. Bu ilin müvafiq dövründə 10-n cox yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocagı istifadəyə verilib.
Respublikada gedən bu proseslərdən rayon səhiyyəsi də kənarda qalmamışdır. Belə ki,RMX-n həyətində yerləşən rayonlararası TSEK –sı yeni binaya köçürüldükdən sonra, iki mərtəbəli bina daxili imkanlar hesabına əsaslı təmir edilib. Rayonda ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə RMX-n "Qadın məsləhətxanası" və " Ginekologiya" şöbələri həmin binaya köçürülüb, binanın tərkibində USM-si və laboratoriya kabinetləri yaradılıb. Nəticədə xəstəxanaya müraciət edən hamilə qadın, zahı və anaların kompakt şəkildə müayinə və müalicəsi təşkil edilib. Doğum, Cərrahiyyə və Terapiya şöbələrində, konsultativ poliklinikada cari təmir işləri aparılıb. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Aşagı Tala həkim məntəqəsinin yenidən tikilməsi, QHT-nın köməkliyi ilə Kəpənəkçi kənd tibb məntəqəsinin əsaslı təmiri nəzərdə tutulub.

2015-ci ildə RMX-nın avtomobil qarajına iki yeni avtomaşın əlavə edilib. (1 UAZ, 1 "Mercedes" markalı ambulans)
RMX-nın transformatorun yerləşdiyi binanın dam örtüyü dəyişdirilmiş, ehtiyyat generatoru təmir olunub.
Zaqatala RMX-sı 250-çarpayıdan ibarətdir, onlardan 155 çarpayı RMX-da , 50 çarpayı Vərəm xəstəlikləri xəstəxanası, 45 çarpayı Əliabad, Danaçı, Suvagil kənd xəstəxanalarında yerləşir. Səhiyyə müəssisələrində 1374 işçi çalışır.
2015-ci ildə rayon tibb müəssisələri tərəfindən 562965 ambulator qəbul aparılıb, 111872 evə çağiriş olmuş, 4652 nəfər stasionar müalicəyə cəlb edilib.
Cari dövrü ilə müqayisə üçün bildiririk ki, 2014-cü ildə RMX-da çarpayı günü 25985 olduğu halda, 2015-ci ildə çarpayı günü 29600 gün təşkil edib.
Stasionarda şöbələr daxili xəstə qəbulu
Terapiya şöbəsində 2014-cü ildə 1196, (2015-ci ildə isə 1234)
Ginekologiya şöbəsində 2014-cü ildə 41, (2015 –ci ildə isə 48)
Yoluxucu xəstəliklər şöbəsində 2014-cü ildə 32, (2015-ci ildə isə 73)
Bu göstəricilərin yüksəlməsi əhali arasında səhiyyə işçilərinə inamın artmasının nümunəsidir.
Səhiyyə sahəsində Dövlət Proqramları da uğurla həyata keçirilir. Respublikada 200 000-n çox şəkərli diabet xəstəsi qeydə alınıb. Onlardan 1767 –nəfəri rayonumuzun sakinləridir. Hazırda 737 nəfər Vərəm xəstəsi, 382 Onkoloji, 687 Psixiatrik xəstə dispanser qeydiyyatındadır. Bu xəstələr Dövlət hesabına bütün lazımi dərmanları alır. 85 nəfər XBÇ diaqnozu olan xəstələrə Hemodializ proseduru Zaqatala MDM-də aparılır.
2015-ci ildə 1762 hamilə qeydə alınmış 1847 doğuş olmuş, aparılan Keysəriyyə əməliyyatlarının faiz nisbəti 28.6 % təşkil edir.
Belə ki, ölkəmizdə iyun ayının 1-n nikaha daxil olan hər bir kəs tibbi müayinədən keçməlidir. Bu müayinə nəticəsində Hepatitlər, Sifliz, İİV, Talassimiya və Hemofiliya daşıyıcılığı yoxlanılır.
Ötən il ərzində rayon sakinlərindən 1479 qan nümunəsi müayinəyə göndərilmiş, 106 nəfər Talassimiya daşıyıcısı qeydə alinmışdır.Nikaha daxil olmaq istəyən dörd cütlüyün hər birində Talassimiya daşıyıcılığı aşkarlanmış və onların Talassimiya Mərkəzinə müraciət etməsi tövsiyyə olunub.
Ana və uşaq sağlamlığı ilə bağlı vaxtından əvvəl doğulmuş uşaqlara Neanotoloji yardımı bu günün səviyyəsinə uygun göstərmək məqsədilə yenidoğulmuşlar şöbəsində "Sipap" aparatı quraşdırılmış, az çəkili uşaqlarda resperator distress sindromunun profilaktikası və oksigenlə təminatı yaxşılaşdırılıb.
2 il ərzində xəstələrin Baki şəhərinə və respublikanin digər müəssisələrinə təxliyəsində olan pərakəndəlik , profilə uygun olmayan köçürülmələr aradan qaldirilib. Hazirda bütün xəstələr mərkəzdən dəvət olunmuş mütəxəssislərin rəyi və iki müəssisə arasında razılaşma əsasinda yalnız Səhiyyə Nazirliyinin təcili yardim maşinlari ilə Bakı şəhərinə təxliyyə olunur. Onuda qeyd etmək lazımdır ki, rayonumuzda olan iki ambulans GPRS xidməti ilə təchiz olunmuş və bütün təcili yardım maşınlarının hərəkəti mərkəz tərəfindən nəzarətə götürülüb.
Cari ilin yanvar ayından bütün səhiyyə müəssisələri mərkəzləşmiş qaydada dərman vasitələri və tibbi ləvazimatlarla təchiz olunur. RMX-sı 2015-ci il ərzində 440220 manat dəyərində dərman və sarğı materialları ilə təmin olunmuşdur ki, bu da keçən illə müqayisədə 25% artıb.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən İcra Hakimiyyətinin Şura qərarı ilə xəstəxanada qərargah yaradılıb və əhalinin kütləvi profilaktik müayinələri təşkil olunub. Müayinə işləri ərazi nəzərə alınmaqla beş mərkəzdə həyata keçirilib, bundan əlavə 3 səyyar həkim briqadası da təşkil edilib. Müayinələr rayon ərazisində olan hərbi hissələrdə də aparılıb. 18 yaşdan yuxarı rayon əhalisinin 90%-i 2015-ci ilin fevral-aprel aylarında müayinə edilib.
2015-ci ilin sentyabr ayının sonundan başlayaraq rayon ərazisində 0-17 yaşlı əhalinin icbari dispanserizasiyasına start verilmiş, mütəşəkkil və qeyri mütəşəkkil qruplarla aparılan icbari dispanserizasiya davam etməkdədir.
Zaqatala rayonunda doğulmuş uşaqlar haqqında müvafiq məlumatlar Səhiyyə Nazirliyinə internet vasitəsi ilə ötürülür və elektron sağlamlıq kartlarının verilməsi işi mütəmadi davam etdirilir.
2015-ci ildə RMX-da fəaliyyət göstərən iki həkim ( Məhərrəmov Etibar Ramazan oğlu Prezidentin sərəncamı ilə " Tərəqqi" medalı ilə , Teyyubov Məmmədrəsul Teyyub oğlu Səhiyyə Nazirliyinin "Fəxri fərmanı ilə" təltif olunublar.
Əlmaniz Ələkbərli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB