Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Uşaq və gənclərə qarşı zorakılığın aşkarlanması və təcili tibbi-psixoloji yardımın göstərilməsində səhiyyə işçilərinin rolunun gücləndirilməsi" mövzusunda dəyirmi masa təşkil ölünub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dəyirmi masanın məqsədi həkim və orta tibb işçiləri arasında 2015-ci ilin avqust ayında aparılmış "Məişət zorakılığına məruz qalmış şəxslərlə tibbi, sosial və psixoloji işin təşkili" məsələlərinə dair sorğunun yekun təqdimatı və mövzu üzrə gələcəkdə görüləcək işlərin müzakirəsi idi. Tədbirdə Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, bir sıra poliklinikaların rəhbərləri və İSİM-in əməkdaşları iştirak ediblər.
Çıxışçılar SN İSİM-in zorakılıqla mübarizə istiqamətində dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığından, zorakılıq hallarının aradan qaldırılması məqsədi ilə əhali arasında daima maarifləndirmə işinin aparılmasından, məişət zorakılığına məruz qalmış şəxslərlə işləyən mütəxəssislər üçün tibbi, sosial və psixoloji işin təşkilinin səmərəliliyi və keyfiyyətli aparılmasında yardımçı vəsaitlərin hazırlanmasından söhbət açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB