Ağıldan kəm insanların müalicəsi üçün
Yeni dərman ixtira edilib

Almaniyanın farmakologiya sahəsində dünyada öndə gedən tibb alimləri daha bir yeniliyə imza atıblar. "Berliner Zeitung" qəzeti xəbər verir ki, alman mütəxəssisləri tərəfindən ixtira edilən yeni dərman "Alcqeymer" xəstəliyinə qarşı mübarizədə effektiv hesab edilir.

Alimlər hesab edirlər ki, ağıldan kəmliyə qarşı icad olunan bu dərman insan beynində aktivliyi artıracaq və yaddaş üçün stabilizator funksiyasını yerinə yetirəcək. Yaxın vaxtlarda bu dərman insan üzərində kompleks şəkildə sınaqdan keçiriləcək.

Aparılan təcrübələrin nəticəsi göstərib ki, yeni ixtira edilən həb zəif düşüncədən əziyyət çəkən insanların müalicəsi üçün 100 faiz təsirli olacaq.

Genetika İnstitutu ekspertlərinin qənaətinə görə, yeni həb beyindəki sinir hüceyrələrində hiperaktivliyi tənzimləməyə, qısa yaddaşı normallaşdırmağa kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə