ABŞ-da olan MD Anderson Xərçəng Mərkəzi və Houston Methodist Xəstəxanasından həkimlər, verdikləri açıqlamada, ilk dəfə ABŞ-da keçirilən, 15 saat davam edən bir əməliyyatla bir donordan alınan kəllə və baş dərisinin başqa bir xəstəyə nəql edildiyini ifadə ediblər.
Həkimlər, gördüyü xərçəng müalicəsi səbəbiylə başında bağlanmayan böyük bir yara olan 55 yaşındakı Jim Boysen adlı xəstəyə 22 mayda qismən kəllə və baş dərisi nəqli edildiyini bildiriblər.
Proqram mütəxəssisi Jim Boysen, keçirdiyi əməliyyatdan sonra verdiyi reportajda, "Həqiqətən çox çaşdırıcı bir vəziyyətdir. 21 yaşımdakı halımdan daha çox saça sahibəm" ifadəsini istifadə edib.
Uşaqlığından bəri şəkər xəstəsi olan Boysen, 1992-ci ildə böyrək və pankreas nəqli əməliyyatı keçirdiyini və o zamandan bəri nəql edilən orqanların bədən tərəfindən rədd edilməsinin qarşısını almaq üçün dərmanlar istifadə etdiyini ifadə edib. Boysen, illərcə xərçəngə tutulma riskini artıran immunitet sistemini zəyiflədən dərmanlar istifadə etdiyini və daha sonra düz əzələ toxuması xərçənginə tutulduğunu söyləyib.
Baş dərisində yaranan xərçəng hüceyrələrinə tətbiq edilən radyoterapiya səbəbiylə başında böyük bir yara açıldığını və yarasının aldığı dərmanlara görə bağlanmadığını ifadə edən Boysen, nəql edilən orqanlarının da funksiyalarını yerinə gətirə bilməməyə başladığını deyib. Həkimlər, yeni böyrək və pankreasa ehtiyacı olan Boysenin başındakı açıq yaranın bağlanılması üçün kəllə və baş dərisi nəqli edilməsinə qərar verildiyini bildiriblər.
Qismən kəllə nəqli əməliyyatından sonra, başqa bir əməliyyatla Boysena böyrək və pankreas nəqli edildiyini ifadə edən həkimlər, Boysenin vəziyyətinin yaxşı olduğunu dilə gətiriblər.
Qeyd edək ki, Hollandiyalı həkimlər keçən il tibb tarixində bir ilkə imza ataraq, hamısı 3D çapdan çıxarılan kəllə protezini bir xəstəyə müvəffəqiyyətlə nəql ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB