Oqtay Şirəliyev Qusarda vətəndaşlarla görüşüb

Oqtay Şirəliyev Qusarda vətəndaşlarla görüşüb

Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Qusar rayonunda vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA -ya verilən məlumata görə, rayon Mərkəzi Xəstəxanasında keçirilən qəbulda Şabran, Xaçmaz,Quba və Qusar rayonundan olan sakinlər iştirak ediblər. Qəbul zamanı vətəndaşların yerli şəraitdə müalicəsi mümkün olmayan xəstəliklər, işlə təmin edilmə, sosial və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər baxılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Ümumilikdə 24 nəfərin qəbulu icra olunub və hər bir hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin birbaşa həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə