Səhiyyə Nazirliyi kollegiya iclası keçirib

Səhiyyə Nazirliyi kollegiya iclası keçirib

Bu gün Səhiyyə Nazirliyinin Cəlilabad rayonunda regional kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən iclasda 12 mərkəzi rayon xəstəxanalarının baş həkimləri və Gigiyena Epidemiologiya mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Kollegiya toplantısında cənub bölgələrində əhalinin tibbi xidmətdən razılıq səviyyəsi, dərman təchizatının yaxşılaşdırılması və bu istiqamətdə görülən işlər, bölgədə sanitar-gigiyenik normalara riayət və s. bu kimi məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə