Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası Lənkəran şəhərində humanitar aksiyası keçirib. SİA-nın verdiyi məlumata görə,humanitar aksiya zamanı mərkəzin yüksək ixtisaslı həkim briqadası səyyar oftalmoloji klinikaya müraciət edən 250-ə yaxın rayon sakinini Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə edib. Müayinə zamanı 75 nəfərin gözündə müxtəlif xəstəliklər aşkar edilib. Göz xəstəliklərindən əziyyət çəkənlərin əksəriyyəti yerindəcə müalicə olunub. Müalicəsi qısa müddətdə mümkün olmayan xəstələrdən 25 nəfəri isə mərkəzinin yüksək ixtisaslı səyyar həkim briqadası tərəfindən "Səyyar oftalmoloji klinika"da əməliyyat olunub. Görmə qabiliyyəti tam məhdud olan ağır xəstələrdən 50 nəfəri əməliyyat olunmaq üçün Bakı şəhərinə-Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB