Sumqayıtlılar artıq “ Müasir stomatologiya”dan bəhrələnəcəklər

Sumqayıt şəhərinin mərkəzində "Müasir stomatologiya" adlı yeni klinika istifadəyə verilib. Səhiyyə işçilərinin və şəhər ictimaiyyəti nümayəndələrinin də iştirak etdikləri açılış mərasimində klinikanın baş həkimi Namiq Çobanov "Müasir stomatologiya" klinikasının dünya standartlarına tam uyğun, nadir müalicə, bərpa və estetik metodikaları tətbiq ediləcək ən müasir stomatoloji avadanlıqla təchiz olunmuş özəl tibb müəssisəsi olduğunu söyləyib. O, ölkə sahibkarlarına yaratdığı sağlam, şəffaf, münbit biznes şəraitinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd olunub ki, elə yeni özəl səhiyyə ocağında çalışan onlarla təcrübəli mütəxəssisin işlə təmin olunması da ölkə rəhbərinin işsizliyin aradan qaldırılması siyasətinə dəstəkdir.

Stomatoloji klinikanın açılışını bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar burada yaradılmış şəraitlə yaxından tanış olublar. "Sağlam təbəssüm – sağlam həyata zəmanətdir! " devizi ilə fəaliyyətə başlayan klinikada bütün növ stomatoloji xidmətlər göstərilir. Klinikanın özəlliyi ondadır ki, o günün 24 saatını işləyir və pasiyentlərə özəl anesteziya metodları təklif edir.
Açılış münasibətilə klinikanın sumqayıtlılara müjdəsi də var: cari ayın sonunadək uşaq stomatologiyası şöbəsində müayinə və konsultasiya pulsuz həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə