Yuxusuzluq baş beyinin çəkisini azaldır

Yuxusuzluq baş beyinin çəkisini azaldır

Alimlər müxtəlif yaşlarda olan insanların yuxu müddətini və yuxunun baş beynin fəaliyyətinə təsirini uzun müddət müşahidə ediblər. Bu müşahidələrin nəticələri hətta ən təcrübəli mütəxəssisləri də heyrətləndirib. Məlum olub ki, daimi yuxusuzluqdan əziyyət çəkən insanların beyninin çəkisi azalır. Lakin bu proses kəskin sürətdə baş vermir, baş beyin maddəsinin degenerasiyaya məruz qalması yalnız yuxusuzluq problemi ilə illər boyu üzləşən adamlarda hiss olunur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tədqiqatda 20-84 yaşlı 150 nəfər könüllü iştirak edib. Onların hər biri iki dəfə sorğuda iştirak edib: tədqiqatın əvvəlində və onun sonunda (bir neçə ildən sonra). Könüllülərin sonrakı müayinəsinin nəticələri heç də təsəlliverici deyil: yuxusuzluqdan əziyyət çəkən insanlarda baş beynin bəzi sahələrinin ölçüsündə azalma müşahidə olunub. İndi alimlər dəyişikliklərin səbəblərini araşdırmaq niyyətindədirlər.

Bu iki prosesdən hansının səbəb və hansının nəticə olduğunu demək çətindir: yuxusuzluq baş beynin çəkisi azaldır, yoxsa beynin bəzi hissələrinin degenerasiyası yuxu ilə problem yaşadır?

Bütün xəbərlər Facebook səhifəmizdə